Üzgüçülük üzrə Azərbaycan çempionatı başa çatdı

Üzgüçülük üzrə Azərbaycan çempionatı başa çatdı

Bakı Su İdmanı Sarayında 3 gün ərzində davam etmiş üzgüçülük üzrə Azərbaycan Çempionatı – 2025 yekunlaşıb.

Sports.az xəbər verir ki, yarışda ölkənin müxtəlif bölgələrini təmsil edən idmançılar sərbəst, arxasıüstə, brass, kəpənək və qarışıq üsullar üzrə həm fərdi, həm də estafet şəklində yarışıb.

Gənclər və idman naziri Fərid Qayıbov yarış iştirakçılarını və qonaqları salamlayaraq hər kəsə uğurlar arzulayıb.

Daha sonra Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) prezidenti Zaur Əliyev üzgüçülük üzrə ölkə çempionatının əhəmiyyətindən və gələcək layihələrdən danışıb.

Final yarışları başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. Medalları gənclər və idman naziri Fərid Qayıbov, ASF-nin prezidenti Zaur Əliyev, vitse-prezident Xaliq İldırımzadə, baş katib Oqtay Atayev, eləcə də federasiyanın müşaviri Rəşad Əbdürəhmanov təqdim edib.

Qadınlar

"Arxası üstə" üsülu ilə 200 metr – Vlastilina Xasyanova (qızıl medal), Məryəm Cavadova (gümüş medal), Dəniz Topçubaşova (bürünc medal)

"Brass" üsülu ilə 100 metr – Anastasiya Boborıkina (qızıl medal), Sofiya Hacıyeva (gümüş medal), Sofya Lyovina (bürünc medal)

Sərbəst üsulla 50 metr – Leyla Abduləzizova (qızıl medal), Aişə Səmədova (gümüş medal), Aleksandra Slepenko (bürünc medal)

Sərbəst üsulla 200 metr – Məryəm Cavadova (qızıl medal), Vlastilina Xasyanova (gümüş medal), Aleksandra Slepenko (bürünc medal)

Qarışıq üsulla 200 metr – Məryəm Cavadova (qızıl medal), Sofiya Medvedeva (gümüş medal), Nərmin Ramazanova (bürünc medal)

Kişilər

"Arxası üstə" üsülu ilə 200 metr – Oqtay Hüseynov (qızıl medal), Yeqor Maynitski (gümüş medal), Əli Rzazadə (bürünc medal)

"Brass" üsülu ilə 100 metr – Fərhad Şirməmmədli (qızıl medal), Qurban Əliyev (gümüş medal), Vasif Nəcəfli

"Butterfly" üsulu ilə 100 metr – Abdürrahman Rüstəmov (qızıl medal), Yeqor Maynitski (gümüş medal), Fərhad Şirməmmədli (bürünc medal)

Sərbəst üsulla 50 metr – Abdürrahman Rüstəmov (qızıl medal), Ayaz Zərbəliyev (gümüş medal), Rəşad Alquliyev (bürün medal)

Sərbəst üsulla 200 metr – Süleyman İsmayılzadə (qızıl medal), Yeqor Maynitski (gümüş medal), Amin Oruclu (bürünc medal)

Qarışıq üsulla 200 metr – Amin Oruclu (qızıl medal), Timur Nikiforov (gümüş medal), Tofiq Əhmədzadə (bürünc medal)

Sərbəst üsulla estafet üsulu kişilər (4x100) Qızıl medal – RYUM 1 (Oqtay Hüseynov, Rəşad Alquliyev, Abdürrahman Rüstəmov, Süleyman İsmayılzadə) Gümüş medal – Ocaq 1 (Fərhad Şirməmmədli, Amin Oruclu, Firdovsi Abbasov, Mikayıl İsrafilov) Bürünc medal – Trikids 1 (Əli Rzazadə, Teymur Cəfərov, Tural Atakişiyev, Riad Abbaszadə)

Son xəbərlər
Qazaxda ilk çempionlar müəyyənləşdi
Günay Qurbanova yenidən Avropa çempionu oldu
Azərbaycan çempionatında daha 7 çəkidə finalçılar bəlli oldu
Çempionlar Liqasında həftənin ən yaxşısı məlum oldu
Ruzanna Avropa çempionatının finalında
Arbeloa “Mançester Siti”ni keçə bilməsə…
“Karvan-Yevlax”ın 3 legioneri milli komandalara çağırıldı
“Səbail” “Mingəçevir”i məğlub etdi
Hücumçusu “Mançester Siti” ilə yeni müqaviləyə təkid edir
“Ordu” “Sumqayıt”ı, “Naxçıvan” “Sərhdəçi”ni məğlub etdi
Xüsusi Olimpiya Komitəsi və ACF arasında əməkdaşlıq memorandumu imzalandı
“Yuventus” “Tottenhem”in müdafiəçi ilə maraqlanır
“Neftçi” və “Araz-Naxçıvan”dan qələbə
“Abşeron”la “Turan”dan qələbə
“Mançester Siti”nin kapitanı “Yuventus”a qoşula bilər
“Şəfa”da yeni təyinat
Yığmamız Belçikaya böyük hesabla məğlub oldu
Florentino Peres “Mançester Siti”nin ulduzunu Real”da görmək istəyir
Voleybol üzrə Yüksək Liqada pley-off oyunlarının vaxtı müəyyənləşib
“Zirə” – “Qarabağ” matçının hakim təyinatları açıqlandı
“İnter” hücumçusunu satmağa məcbur ola bilər
19 cüdoçumuz üçün Varşava sınağı
Stolüstü tennisçilər Berlin turnirində medal qazandı
“Real”ın qapıçısı A Seriyasına yollana bilər
Azərbaycan boksçuları Budvadan medalla başa qayıdır
Formula 1: Azərbaycan qran-prisi üçün marşal qeydiyyatı başladı
“Yuventus” “Tottenhem”in qapıçısından imtina edə bilər
“Arsenal” “Real”ın müdafiəçisinə göz dikdi
Yarımmüdafiəçisi “Liverpul”dan ayrılmaq istəyir
Ryerson Premyer Liqaya üz tuta bilər
DAHA ÇOX

Ən çox oxunanlar