AİJA ilin ən yaxşılarını açıqladı

AİJA ilin ən yaxşılarını açıqladı

İdman mediası yaradıcı əməkdaşlarının peşəkar birliyi – Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AIPS) və İdman Mətbuatı üzrə Avropa İttifaqının (AIPS Europe - UEPS) üzvü və Azərbaycanda rəsmi təmsilçisi olan Azərbaycan İdman Jurnalistləri Assosiasiyası – AİJA çoxillik ənənəsinə sadiq qalaraq 2025-ci ilin idman laureatlarının adlarını açıqlayıb.

Sports.az laureatların siyahısı ilə sizi də tanış edir:

İlin idmançısı

Kişilər

Sübhan Mamedov –  boks (dünya və Avropa çempionu)

Həsrət Cəfərov –  yunan-Roma güləşi (Avropa çempionu, Dünya Çempionatının gümüş mükafatçısı)

Tofiq Əliyev – gimnast (dünya çempionu, Dünya Oyunlarının gümüş mükafatçısı, dünya rekordçusu)

Qadınlar

Günay Qurbanova – qadın güləşi  (U20, U23 Avropa Çempionatlarının və Reytinq turnirinin qalibi)

Südabə Ağayeva – cüdo (VI İslam Həmrəyliyi Oyunlarının, Türk Dövlətləri Universiadasının və Açıq Asiya turnirinin qalibi)

Aynur Mikayılova – boks (VI İslam Həmrəyliyi Oyunlarının finalçısı, beynəlxalq turnirlərin mükafatçısı)

İlin klubu – “Sabah” Basketbol Klubu (Azərbaycan basketbolu tarixində ölkəmizi ilk dəfə Çempionlar Liqasının qrup mərhələsində təmsil edib)

İlin komandası – Şahmat üzrə qadınlardan ibarət milli komanda (Dünya Çempionatının gümüş mükafatı)

İlin federasiyası – Azərbaycan Boks Federasiyası

İlin informasiya agentliyi – AZƏRTAC

İlin televiziya kanalı – İdman TV

İlin idman qurumu – Azərbaycan Deflimpiya Komitəsi

İlin məşqçisi – Qurban Qurbanov (“Qarabağ” Futbol Klubu)

İlin hakimi – Fuad Aslanov (boks)

İlin jurnalisti

İdman saytları üzrə –  Rasim Sultanzadə (APASport.az)

İctimai-siyasi saytlar üzrə – Elmir Əliyev (Haqqin.az)

Qəzetlər üzrə – Müzəffər Quluzadə (Futbol+)

Televiziya üzrə – Arifə Lətifova (CBC Sport)

Radio üzrə – Elşən Həmzəyev (ASAN Radio)

İlin şərhçisi – Tural Dadaşov (İctimai TV)

İlin fotoreportyoru – Dilavər Nəcəfov

İlin saytı (İdman saytları üzrə) – futbolinfo.az

İlin saytı (İctimai-siyası saytlar üzrə) – qaynarinfo.az

Xatırladaq ki, Haqqın.az saytının idman şöbəsinin müdiri Elmir Əliyev 2025-ci ilin yekunlarına əsasən Azərbaycan Gənclər və İdman Nazirliyinin də versiyasına görə ən yaxşı jurnalist seçilib.

Son xəbərlər
"İnter" "Yuventus"u məğlub etdi
"Çelsi" "Milan"a şans vermədi
Nuriyev yeni komandasında oyuna çıxdı
PSJ M.Y. ilə sülh bağladı
Zidan bu kluba keçdi
Messi atasız qaldı
"Neftçi" qalib gəldi
"Arsenal" türk futbolçu ilə maraqlanır
Nilgün Avropa kubokundan medalla qayıdır
"İki il əvvəl B Seriyasında idik, indi isə Çempionlar Liqasındayıq"
"Spalletti mənim sevimli məşqçimdir"
Norveç Futbol Federasiyasının prezidenti Blatterin çağırışını cavabsız qoydu
Arauxo "Barselona"dan ayrılır
"Messini rahat buraxmalıyıq"
Rodri rəhbərliyə təzyiq göstərir - "Barselona"ya görə
"Mançester Yunayted" onu satmaq istəmir
Çalhanoğlu "İnter"də qalmaq istəyir
"Əl-Əhli" onu geri qaytarır
"Liverpul" Arauxonun transferini bitirir
"Roma"dan yarımmüdafiəçisi ilə yeni müqavilə
Alonso: "Qapıçılarımızdan çox razıyam"
Rəsmi: Gimarayeş "Arsenal"da
"Mançester Yunayted"ə 41 milyon avroluq müdafiəçi təklif olunub
Rəsmi: "Mançester Yunayted"in qapıçısı "Middlsbro"da
Millimizdən qələbə
"Vilyarreal" nümayəndələri "Sabahın ulduzları"nda
Qvardiola Rodriyə "Barselona"nı məsləhət görüb
Həmyerlimiz RMFA-nın prezidenti seçilib
Messi və Ronaldoya ölüm təhdidi
Mahmud Qurbanov milli komandanı çalışdırıcaq
DAHA ÇOX

Ən çox oxunanlar