Yarımfinal mərhələsi başlayır

Yarımfinal mərhələsi başlayır

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yarımfinal mərhələsinə bu gün start veriləcək.

Sports.az xəbər verir ki, raundun hər iki qarşılaşması eyni gündə baş tutacaq.

İlk olaraq saat 16:00-da "Gəncə" "Turan"la üz-üzə gələcək. Saat 18:00-da isə "Milli Aviasiya Akademiyası" "DH Volley" ilə münasibətlərə aydınlıq gətirəcək.

Hər iki görüş Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçiriləcək.

Tərəflər arasında ikinci görüşlər aprelin 11-i və 13-də baş tutacaq.

Qeyd edək ki, reqlamentə əsasən, yarımfinal mərhələsi ev və səfər prinsipi ilə iki oyundan ibarət olacaq. Nəticəyə əsasən komandaların qələbə sayı bərabər olarsa, qalibi müəyyənləşdirmək üçün "qızıl set" oynanılacaq.

Bürünc və qızıl medal uğrunda həlledici qarşılaşmalar isə cəmi bir oyundan ibarət olacaq.
 

Son xəbərlər
Noyerlə bağlı şayiə təkzib edildi
Azərbaycan millisi dünya kubokunda mübarizə aparacaq
MOİK “Zaqatala”ya qalib gəldi
“Real” Şlotterbeki yayda satın ala bilər
Bakıda Avropa Atletikasına üzv federasiya rəhbərlərinin konfransı başlayıb
“Beşiktaş”ın futbolçusu əməliyyat olundu
“Milan”ın ulduzu Avropa nəhənglərinin maraq dairəsindədir
PSJ yeni qapıçı gözaltı edib
“Yuventus” Openda ilə bağlı fəaliyyətə keçdi
“Atletiko” bunu 9 il sonra, PSJ ardıcıl 3-cü dəfə bacardı
Millilərimiz “Zəfər Kuboku”nda ikinci oldu
Yüksək Liqalarda final oyunlarının tarixləri açıqlandı
2-ci Liqada ikinci mərhələnin təqvimi müəyyənləşdi
Zamanova bir oyunluq cəza
2-ci liqa komandalarının cəzası açıqlandı
“Qarabağ” cərimələndi
Qvardiolanın mümkün əvəzedicisi məlum oldu
Bruno Fernandes “Bornmut”a məğlubiyyətə aydınlıq gətirdi
Süleymanlı Avropa çempionatında liderdir
“Barselona” Bastoninin keçidini nə vaxt tamamlayacaq?
İtaliya yığmasının sükanı arxasına əsas namizəd açıqlandı
“Andorra ilə səfər matçını unudub evdəki oyuna köklənməliyik”
Abaskal Ronaldinyo haqda fikrini bildirdi
Hazard Dembeleni qiymətləndirdi
Azərbaycanlı məşqçilər Tiflisdə beynəlxalq kursa qatılıblar
Karrik “Bornmut”a məğlubiyyətə aydınlıq gətirdi
Farke “Bornmut”un “Mançester Yunated” üzərində qələbəsini şərh etdi
Millimiz Qazaxıstanla ikinci yoldaşlıq oyununa çıxacaq
Sarri “Fiorentina”ya məğlubiyyətinə aydınlıq gətirdi
Vanoli “Fiorentina”nın “Latsio” üzərində qələbəsini şərh etdi
DAHA ÇOX

Ən çox oxunanlar