Millimizin Şəki toplanışı başa çatdı

Millimizin Şəki toplanışı başa çatdı

Voleybol üzrə aşağı yaş qrupları üzrə oğlanlardan ibarət millilərin formalaşdırılması məqsədilə təşkil olunan seleksiya düşərgəsi davam edir.

Sports.az xəbər verir ki, mayın 4-də Abşeron Olimpiya İdman Kompleksində start götürən hazırlıq prosesinin növbəti mərhələsi 18–24 mayda Şəki Olimpiya İdman Kompleksində baş tutub.

Yeniyetmə və gənc oğlanlardan ibarət milli komandanın baş məşqçisi Cahangir Seyyed Abbasinin rəhbərliyi altında təşkil olunan düşərgəyə ölkə üzrə aparılmış seleksiya nəticəsində seçilmiş 2010, 2011 və 2012-ci il təvəllüdlü idmançılar cəlb olunublar.

14 yaşadək oğlan voleybolçular üçün nəzərdə tutulan təlim-məşq toplanışı 2 qrup üzrə aparılıb. Hazırlıq müddətində 2010–2011 və 2012-ci il təvəllüdlü idmançılar ayrı-ayrı qruplarda məşq prosesinə qatılıblar.

Ümumilikdə 25 idmançının iştirak etdiyi toplanışda voleybolçuların həm fiziki, həm də texniki-taktiki hazırlığının artırılması məqsədilə məşqlər təşkil olunub. Şəki şəhərindəki mərhələ uğurla başa çatıb.

Qeyd edək ki, düşərgənin iyun ayınadək Abşeron Olimpiya İdman Kompleksində davam etdirilməsi nəzərdə tutulur. Toplanış müddətində özünü fərqləndirən idmançıların müvafiq yaş qrupları üzrə milli komandalara cəlb olunması planlaşdırılır.

Son xəbərlər
“Çelsi” “Strasburq”un müdafiəçisi ilə güclənəcək
Liqa yarışına yekun vuruldu
“Qarabağ”dan ikinci transfer
Millimizin Şəki toplanışı başa çatdı
Bakı birinciliyinin qalibləri müəyyənləşdi
Mövsümün son matçında heç-heçə
Premyer Liqa uğrunda pley-off matçının başlama saatı açıqlandı
“Sabah”ın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki mümkün rəqibləri müəyyənləşdi
Ronald Arauxo “İnter”lik deyil?
Pley-off oyununda nominal meydan sahibi bəlli oldu
Tarixdə 10-cu: 400-cü qol
“Real” yarımmüdafiəçisinin gələcəyi ilə bağlı qərar verdi
500-cü qol: 21 ildən sonra
30-cu ev qələbəsi
Xabi Alonso “Real”ın ulduzuna göz dikib
Gənclər Liqasının qalibləri mükafatlandırıldı
İspaniya La Liqasının ən sərrast qolçusu məlum oldu
Dumfris İspaniya nəhənginə qoşula bilər
İtaliya mətbuatı Spalletti ilə bağlı nə düşünür?
Mövsümün ən yaxşı gənc futbolçusu elan edildi
Alaba “Real”la vidalaşdı
“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi
Kökçünün komandası Erediviziyanı tərk etdi
Türkiyə nəhəngi, “Liverpul”un ulduzuna göz dikib
İspaniya La Liqasını tərk etmiş klublar məlum oldu
Karvaxal “Real”la vidalaşdı
Robert Levandovski “Barselona”dan məğlub ayrıldı
Günün oyunları – TV
“Real” müdafiəçisi ilə yollanı ayrıacaq
Mövsümün son matçında “İmişli” “Karvan-Yevlax”la üz-üzə
DAHA ÇOX

Ən çox oxunanlar