Digər
Bölgə klubundan legioneri ilə yeni müqavilə

20.06.2026 | 21:40
“Şahdağ Qusar” yeni mövsüm üçün heyətini formalaşdırmağa davam edir.
Sports.az xəbər verir ki, klubun yaydığı məlumata görə, Aqostinyo Çipesse ilə yeni müqavilə imzalanıb.
Anqolalı yarımmüdafiəçi növbəti mövsümü “Şahdağ Qusar”ın heyətində keçirəcək.
Çipesse yanvar ayından komandanın formasını geyinir.
Xatırladaq ki, “Şahdağ Qusar” bundan öncə qapıçısı Müşviq Nadirov ilə də müqaviləni yeniləyib.
Son xəbərlər





























