Zəngilana idman qayıdır

Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədovun başçılığı ilə Azərbaycan Şahmat Federasiyasının “Qadın və Sosial Komissiyası”nın rəhbəri, şahmatçı qrossmeyster Zeynəb Məmmədyarova və komissiya üzvləri ilin ilk sosial layihəsini Zəngilan rayonunun Ağalı kəndində həyata keçirdi.

Tədbirdə Şərqi Zəngəzur İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə xidmətinin  icraçı direktoru Növrəs Cəfərov,  "Sumqayıt" Futbol Klubunun prezidenti Riad Rəfiyev  və digər rəsmi şəxslər iştirak ediblər. 

Azərbaycan Şahmat Federasiyası Ağalı kənd orta məktəbinin hər bir şagirdinə hədiyyələrini təqdim edib. 

"Sumqayıt" FK-nın prezidenti Riad Rəfiyev də Ağalıya əliboş getməyib. O, kənd sakinlərinə böyük park şahmatı, orta şagirdlərə isə futbol geyimləri və topları gətirib. 

"Məmmədyarovlar Şahmat Məktəbi" isə kənd məktəbinin 84 şagirdinə onlayn şahmat dərsləri keçməyə başlayacaq. İlin yekununda dərslərə qoşulanlar üçün Zəngilanda canlı sınaq yarışmasının təşkil olunması nəzərdə tutulub.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar