Azərbaycan Basketbol Liqasının yeni mövsümünə nə vaxt start veriləcək?

Azərbaycan Basketbol Liqasının yeni mövsümünə nə vaxt start veriləcək?

Azərbaycan Basketbol Federasiyası (ABF) 2026/2027 mövsümü üzrə Azərbaycan Basketbol Liqasının (ABL) yarış formatını, iştirak şərtlərini və əsas normativ dəyişiklikləri açıqlayıb.

Sports.az xəbər verir ki, yeni mövsümə 2026-cı il oktyabrın 3-də start veriləcək. 8 komanda 3 dövrədən ibarət müntəzəm çempionatda, ümumilikdə 21 tur ərzində mübarizə aparacaq. Müntəzəm mövsüm başa çatdıqdan sonra turnir cədvəlində ilk iki yeri tutan komandalar birbaşa yarımfinala vəsiqə qazanacaqlar. 3, 4, 5 və 6-cı yerləri tutan komandalar isə "Play-In" mərhələsində iştirak edəcəklər.

Yarımfinal və final mərhələləri maksimum beş oyundan ibarət seriya formatında keçiriləcək. Yarımfinal seriyasında ən tez üç qələbə qazanan komanda finala yüksələcək. Final seriyasında da ən tez üç qələbə qazanan komanda Azərbaycan Basketbol Liqasının çempionu elan olunacaq.

Müntəzəm mövsümü 7-ci və 8-ci pillələrdə başa vuran komandalar isə daha yüksək pillədə qərarlaşmış klubun meydanında keçiriləcək "Play-Out" oyununda qarşılaşacaqlar. Qalib komanda növbəti mövsüm üçün ABL-də iştirak hüququnu qoruyacaq.

2025/2026 mövsümünün yekununa əsasən, yeni mövsümdə "Sabah", "Landau Lions", "Gəncə", "Neftçi" İK, "Şəki", "Naxçıvan", "Ordu" və NTD klubları iştirak hüququ qazanıblar. Bu komandalardan hər hansı biri iştirak üçün tələb olunan sənədləri təqdim etmədiyi və ya ABL Əsasnaməsində (2026/2027) müəyyən edilmiş inzibati və idman tələblərinə cavab vermədiyi halda, ABF ötən mövsümü 9–12-ci yerlərdə başa vurmuş klublar arasında dəvət prosesinə başlayacaq.

Yeni mövsümdə də ABL oyunları əvvəlki mövsümdə olduğu kimi "4+1" qaydası ilə keçiriləcək. Hər bir komanda oyun ərzində meydanda eyni vaxtda ən azı 1 yerli basketbolçunun iştirakını təmin etməlidir. Bununla yanaşı, ABL-də iştirak edən hər bir klub mövsüm başlamazdan əvvəl ABF-də ən azı 5 yerli basketbolçunu qeydiyyatdan keçirməlidir.

Son xəbərlər
Hidayət Heydərov Olimpiya Təlim Düşərgəsində
"Ölkəmizə göstərilən dəstəyi hiss etdik" - "Dinamo Kiyev"in baş məşqçisi
"Oyuna ciddi hazırlaşmışıq" - Ponomarenko
"Qarabağ" "Sumqayıt"a 7 qol vur vurdu
Qitənin ən güclüsü Zalsburqda müəyyənləşəcək
"Qarabağ"la oyuna hansı heyətlə?
"Sabah" böyük qazanc əldə edə bilər
Çempionlar Liqasının bütün pley-off cütləri
"Tərəkəmə" ilə gəldilər, "Vağzalı" ilə...
AFFA məşqçilər kursu keçirir
"Sabah"ı təbrik edirəm" - Qurban Qurbanov
"Komanda yox, klub qurmaq istəyirik" - Maksud Adığözəlov
Konfrans Liqasında pley-offa adlayan komandalar bilinəcək
"Sabah" Çempionlar Liqasında növbəti ev oyununu harda keçirəcək?
"Sabah" UEFA reytinqinə necə təsir etdi?
UEFA Superkubokunun finalı hansı kanalda? -Teleproqram
Klublarımızın ən son transferləri
"Turan Tovuz"un biletləri satışda
"4 qol buraxmağı gözləmirdik"
"İberiya" tarix yazdı
"Fənərbağça" növbəti mərhələdə
"Sabah"ın pley-offdakı rəqibi bilindi
CSKA 1948 mübarizəni dayandırdı
"Qələbənin qeyd olunması artıq başa çatıb" -Dambrauskas
"Sabah" möhtəşəm qələbə ilə pley-offda!
"Yuventus" ukraynalı 2 qapıçı arasında seçim edir
"Bayern" Premyer Liqanın bombardirinə göz dikib
"Neftçi"dən yeni transfer
"Sevilya" İsveç çempionatının bombardirini aldı
"Barselona" Arauxonun yerinə onu nəzərdən keçirir
DAHA ÇOX

Ən çox oxunanlar