Digər
Avropa Gimnastikasının İcraiyyə Komitəsi Bakıda bir araya gələcək

28.01.2023 | 21:21
Gənclər və idman naziri Fərid Qayıbovun prezidenti olduğu Avropa Gimnastikasının İcraiyyə Komitəsinin növbəti iclası Bakıda keçiriləcək.
Sports.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, yığıncaq bu il 22-23 mayda Azərbaycan paytaxtında təşkil olunacaq.
Bununla bağlı qərar EG-nin bu gün İsveçrənin Lozanna şəhərində baş tutan iclasında qəbul edilib.
Bakıdakı yığıncaqda müxtəlif nüfuzlu yarışlara ev sahibliyi edəcək ölkələrin adları təsdiqlənəcək.