"Millimiz Türkiyə ilə sona qədər mübarizə apara bilər"

"Millimiz Türkiyə ilə sona qədər mübarizə apara bilər"

Sports.az Türkiyədə yaşayan Azərbaycan milli voleybol komandasının keçmiş üzvü, tanınmış voleybol meneceri və "Bakı" Futbol Klubunun sabiq vitse-prezidenti Tunc Afşarla evli olan Natəvan Qasımovun bu axşam keçiriləcək Avropa Çempionatının Türkiyə-Azərbaycan 1/8 final matçı haqda AZƏRTAC-a fikirlərini təqdim edir. 

"Millimiz öz oyununu nümayiş etdirsə, Türkiyə komandası ilə sonadək mübarizə apara bilər".
Bunu AZƏRTAC-a açıqlamasında qadın voleybolçulardan ibarət Azərbaycan millisinin keçmiş üzvü Natəvan Qasımova yığmanın bu gün Avropa çempionatının 1/8 final mərhələsində Türkiyə seçməsinə qarşı keçirəcəyi oyunla bağlı danışarkən deyib.
Hazırda qardaş ölkədə yaşayan veteran voleybolçu Türkiyə yığmasının yarışın favoritlərindən biri olduğunu vurğulayıb. Bununla belə, o, Azərbaycan millisinin qələbə qazanmaq üçün əlindən gələni edəcəyinə inandığını bildirib.
“Millimizin bütün oyunlarını izləmişəm. Həqiqətən də qızlarımız qələbə qazanmaq üçün canla-başla mübarizə aparırlar. Xüsusilə Vətəndə, öz azarkeşlərimizin qarşısında oynamaq hər bir oyunçuya əlavə güc verir. Hesab edirəm ki, Niderland və Belçika komandalarını da məğlub etmək olardı. Sadəcə, bəzi məqamlarda buraxılan səhvlər nəticəsində həmin iki oyundan məğlub ayrıldıq”, – deyə Qasımova qeyd edib.
Onun sözlərinə görə, Türkiyə ilə qarşılaşmada əsas məqsəd səhvləri minimuma endirmək və oyunun bütün anlarında maksimum diqqətli olmaqdır: “Niyə də Türkiyə millisi üzərində qələbə qazanmayaq? İnanıram ki, qızlarımız sona qədər mübarizə aparacaq və öz oyunlarını nümayiş etdirə biləcəklər”.
Qeyd edək ki, İstanbulda yerləşən “Sinan Erdem” İdman Salonunda keçiriləcək Azərbaycan-Türkiyə matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Azərbaycan yığması Avropa çempionatının C qrupunda mübarizə aparıb. Milli komanda Bakıda təşkil olunan oyunlarda 8 xal toplayaraq üçüncü yeri tutub və pley-off mərhələsinə yüksəlib.

Son xəbərlər
Avropanın aparıcı klubları "Sabah"ın rəqibinin qapıçısı ilə maraqlanır
"Sabah"ın rəqibi hücumçusunu mükafatlandıracaq
"Real" Almaniya klubunun qapıçısına göz dikib
"Liverpul" tarixinin ən bahalı transferini reallaşdıra bilər
Luis Enrikedən zədələnən Hakimi ilə bağlı açıqlama
"Sabah"ın rəqibi "İnter"in müdafiəçisi ilə maraqlanır
"Çelsi" "Sabah"ın rəqibinin futbolçusu üçün 500 milyon avro ödəməlidir
Kimmixin 500-cü oyunu
Qalyardo rəsmən Ekvador millisinin baş məşqçi postunda
14 yaşlı azərbaycanlı qız Formula dünyasına doğru
Mourinyo: "Ardanın fantastik potensialı var"
Maldini qəza keçirdi, alkoqol testi müsbət çıxdı
Enrikinen "Sabah"ın rəqibinin futbolçusu ilə bağlı xahişi
Pioli tələblərini Türkiyə klubuna çatdırıb
Mourinyo: "Mən üç ay istəyirəm"
Toralın komandası liderdir
Renat debüt etdi
Muradın komandası turnir cədvəlinin zirvəsində
"Qalatasaray"dan növbəti qələbə
"Sabah"ın oyunu hansı telekanallarda?
"Old Trafford"dan sonra "SOCAR Polymer Arena", "Mançester Yunayted'dən sonra "Şəfa"
Türkiyə klubu Arauxonu icarəyə götürəcək
"Napoli" futbolçusu ilə yeni müqavilə üçün danışıq aparır
"Hətta 6:1 hesablı qələbədən sonra belə, oyunçular tənqidlə üzləşirlər"
"Sabah"ın rəqibi aparıcı futbolçusu ilə yeni müqavilə imzalayacaq
"Mənim üçün böyük dərs oldu" - Rəşad Sadıqov
Şeşko: "Sağalmışam, vəziyyət mükəmməldir"
"Oyundan oyuna daha inamlı oluruq" - Qurban Qurbanov
"Sistemli təzyiqlərlə üzləşirik" - "Turan Tovuz"dan etiraz
"60 illik karyeramda belə penalti görməmişəm" - Kurban Berdıyev
DAHA ÇOX

Ən çox oxunanlar