Digər
Millinin baş məşqçisi ilə yollar ayrıldı

01.09.2026 | 18:30
Yevgeni Kukseviç futzal üzrə Azərbaycan millisinin və "Araz-Naxçıvan" klubunun baş məşqçi vəzifəsindən ayrılıb.
Bu barədə Sports.az-a Azərbaycan Futzal Federasiyasından məlumat verilib.
Müqaviləsi iyulun 31-də başa çatan rusiyalı mütəxəssislə yeni sözləşmə imzalanmayıb.
Xatırladaq ki, Yevgeni Kukseviç 2025-ci ilin yanvarında "Araz-Naxçıvan"ın, iyununda isə milli komandanın baş məşqçisi təyin olunmuşdu.
Son xəbərlər





























