Digər
"Turan"dan tarixi qələbə

20.10.2026 | 21:08
Qadınlardan ibarət "Turan" voleybol klubu bu gün CEV Çempionlar Liqasında tarixində ilk avrokubok matçına çıxıb.
Sports.az xəbər verir ki, Tovuz təmsilçisi turnirin 2-ci təsnifat mərhələsində Xorvatiyanın "Mladost" klubu ilə üz-üzə gəlib.
Tovuz Olimpiya İdman Kompleksində keçirilən qarşılaşma saat 19:00-da start götürüb. Tovuz təmsilçisi 3:0 (25:20, 25:16, 25:16) hesabı ilə Xorvatiya komandasına qalib gəlib.
Qeyd edək ki, "Turan" Xorvatiya təmsilçisi ilə cavab görüşünü oktyabrın 29-da səfərdə keçirəcək.
Son xəbərlər





























