"Tovuz tarixinə düşəcək gün idi" - Həsən Zeynalov

"Tovuz tarixinə düşəcək gün idi" - Həsən Zeynalov

Qadınlardan ibarət “Turan” voleybol klubunun prezidenti Həsən Zeynalov CEV Çempionlar Liqasının ilk matçında Tovuzda Xorvatiyanın “Mladost” klubunu məğlub etdikləri (3:0) oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Sports.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:

- Oyunla bağlı təəssüratlarınız necədir?


- Tovuz tarixinə düşəcək bir gün idi. Həqiqətən də sevincimizin həddi-hüdudu yoxdur. Böyük həyəcan, böyük izdiham var idi. Bütün azarkeşlərə təşəkkür edirəm. Bizi tək buraxmadılar. İnşallah, bu qələbənin ardı gəlsin. 

- Bu matçdakı mübarizə əzmini cavab oyununda da görə biləcəyik?

- Təbii ki. Komandamızın özəlliyi odur ki, uduzsaq belə, heç vaxt mübarizəsiz təslim olmarıq. 

- Azarkeşlər haqqında nə deyə bilərsiniz?

- Zalda möhtəşəm ab-hava var idi. Azarkeşlərin hamısına təşəkkür edirəm, var olsunlar. Yer olmadığı üçün xeyli azarkeş həyətdə monitordan oyunu izləyirdi. Möhtəşəm idilər. Demək olar ki, qələbənin yarısını azarkeşlər qazandı, yarısını biz. 

- Üçüncü setdə komanda 3 top fərqi ilə geri düşmüşdü. Həmin anda hansı hisslər keçirirdiniz?

- Əvvəl bir qədər həyəcanlı idim. Lakin keçən ildən təcrübəmiz var deyə bilirdim ki, sonda sevinəcəyik.

- Matçın asan keçəcəyini gözləyirdiniz?

- 3:0-lıq qələbə qazansaq da, bu, bizi aldatmamalıdır. Oyun heç də asan keçmədi. Çünki bizə qədər rəqib cari mövsüm 4 rəsmi oyun keçirmişdi. Bizim isə ilk matçımız idi. Üstəlik, öz azarkeşlərimiz önündə oynayırdıq. Fanatlar rəqibə nə qədər təzyiq göstərirdilərsə, bizə də bir o qədər həyəcan verirdilər. 

- Yenilənən “Turan”ı görəndən sonra hədəflərinizə çatacağınıza inanırsınız? 

- Hədəfimiz Çempionlar Liqasının qrup mərhələsidir. Lakin bu o demək deyil ki, ora düşüb, formal çıxış edəcəyik.

Son xəbərlər
"Bayern" Oliseyə 25 milyon avroluq maaş təklif edib
"Barselona"da Flikin əsas əvəzləyicisi o hesab olunur
Günün TV proqramı
"Sabah"la matçda het-trik edən futbolçu "Real"a keçir
Millimiz Omanı 4 qolla məğlub etdi
Millimizdən Litva ilə heç-heçə
U 20 İraqa qalib gələ bilmədi
Millimiz Farer adalarına qalib gəldi
Romariodan Ançelottiyə: "Əşyalarını yığ və rədd ol!"
"Arsenal" qapıçısı ilə anlaşıb
MS Fransa millisinin qapıçısı üçün 30 milyon avro ödəyə bilər
Xavi azarkeşlərdən üzr istədi
Fiquya prezidentlik təklifi
"Neftçi"də hakim qaydalarına dair seminar
"Kəpəz" - "Qarabağ" matçına bir günə 8400 bilet satıldı
İngiltərə klubu Kunde üçün ciddi məbləğ xərcləməyə hazırdır
"Barselona" müdafiə xətti üçün əsas hədəfini müəyyənləşdirib
Günün TV proqramı
Milli komandamız AVRO 2028-ə vəsiqə uğrunda pley-off şansını qaçırdı
Musiala geri dönür
Dövlət bəyin ölüsü də gözəldir
Millidə Emin Mahmudov erası Andorra qələbəsi ilə bitdi
"Sabah"ın rəqibi onu satmaq fikrində deyil
"Mançester Siti" qışda futbolçu almayacaq
"Napoli" futbolçusu üçün təklif gözləyir
"Real" 2 futbolçusu ilə yollarını ayırmağa hazırlaşır
“Real”ın istədiyi futbolçuya 300 milyon avro qiymət qoyuldu
"Sabah"ın rəqibi İspaniya millisinin üzvünə göz dikib
“Neftçi”nin qadın komandaları üçün seminar təşkil olunub
"Neftçi" veteran futbolçularını təbrik edib
DAHA ÇOX

Ən çox oxunanlar