Digər
"Turan"dan Çempionlar Liqasında inamlı qələbə

03.11.2026 | 23:00
Qadın voleybolçulardan ibarət "Turan" komandası bu gün CEV Çempionlar Liqasında növbəti oyununa çıxıb.
Sports.az xəbər verir ki, Azərbaycan çempionu olan Tovuz təmsilçisi 3-cü təsnifat mərhələsində Bolqarıstanın "Maritsa" klubunun qonağı olub. Görüş “Turan”ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Son xəbərlər





























