Taekvondoçularımız Belçikadan 3 medalla qayıdırlar

Lommel şəhərində keçirilən taekvondo üzrə açıq Belçika çempionatı başa çatıb.

Sports.az xəbər verir ki, G2 kateqoriya yarışı Azərbaycan milli komandası 1 gümüş və 2 bürünc medalla başa vurub. 

Yığmanın heyətində Səyyad Dadaşov (54 kq) fəxri kürsünün ikinci pilləsinə qalxıb. Digər taekvondoçularımızdan Qaşım Maqomedov (58 kq) və Patimat Abakarova (hər ikisi 53 kq) isə bürünc medala sahib olublar.

Milli komanda Bakıya martın 20-də qayıdacaq.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar