Əfsanə xərçəngə qalib gəldi

Dünya idmanının əfsanəsi Martina Navratilova xərçəng xəstəliyinə qalib gəlib. 

Sports.az The Guardiana istinadən xəbər verir ki, 66 yaşlı veteran tennisçi bu haqda Pirs Morqana müsahibəsində deyib:

"Həkimlər məlumat verdi ki, artıq məndə xərçəng yoxdu".

Dünyanın keçmiş birinci raketkası, 18 dəfə "Böyük dəbilqə" turnirlərində qalib gəlmiş əfsanənin boğazında bədxassəli şiş tapılmışdı.

Navratilova 2010-cu ildə də xərçəngə qalib gəlmişdi.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar