Dünya futbolu
Diniyevin komandası növbəti darmadağına üzüldü
17.09.2023 | 11:00
Türkiyənin 1-ci liqasında 5-ci turun oyunları keçirilib.
Sports.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Coşqun Diniyevin formasını geyindiyi “Ümraniyəspor” bu turda “Çorum”u qəbul edib.
Diniyev 0:3 hesabıyla uduzduqları bu oyunun 46-cı dəqiqəsindən etibarən meydanda olub.
“Ümraniyəspor” hazırda 2 xalla 17-ci pillədə qərarlaşıb.