“Qvardiola mənim futbol atamdır”

“Latsio”nun cinah futbolçusu Pedro Rodriges “Barselona”nın sabiq baş məşqçisi, hazırda “Mançester Siti”ni çalışdıran Xosep Qvardiolanın onun karyerasına təsirindən danışıb.

Sports.az Pedronun bu barədə fikirlərini təqdim edir:

“Mənim üçün o, futbolda ata kimidir. Mənim üçün hər şeyi etdi. “Pep” məni oyun nöqteyi-nəzərindən inkişaf etdirdi, çünki o, mənə “Barselona”nın əsas komandasına düşmək imkanı verdi, bunun sayəsində bu gün meydanda etdiyim hər şeyi edə bilirəm.
Onun təsiri olmasaydı, karyeramı qurmaq çətin olardı”.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar