PSV-nin vingeri “Los-Anceles Qelaksi”yə keçə bilər

“Los-Anceles Qelaksi”nin rəhbərliyi PSV-nin və Meksika yığmasının cinah oyunçusu İrvin Losano ilə güclənmək qərarına gəlib.

Sports.az xəbər verir ki, Losano və onun nümayəndələri hələ, yay transfer pəncərəsində MLS klubu ilə danışıqlar aparıblar.

Amma transfer açıqlanmamış müəyyən səbəblərən baş tutmayıb. 

Qarşıdakı qış transfer pəncərəsində “Los-Anceles Qelaksi”nin 28 yaşlı futbolçunu almaq üçün yeni cəhdlər edəcəyi vurğulanır.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar