Dünya futbolu
Azərbaycanlı futbolçunun komandası baş məşqçisi ilə vidalaşdı
04.09.2024 | 14:45
Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin çıxış etdiyi Türkiyənin "Boluspor" klubu baş məşqçisi Serhat Gülpınarla yollarını ayırıb.
Sports.az xəbər verir ki, bu barədə I Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Klub mütəxəssislə görüşdən sonra bu qərarın qəbul olunduğunu açıqlayıb.
"Boluspor" dörd turdan sonra 5 xalla 13-cü pillədə qərarlaşıb.