Dünya futbolu
Türkiyə millisinin heyətində dəyişiklik edildi
05.09.2024 | 10:15
Türkiyənin futbol millisinin heyətində dəyişiklik edilib.
Sports.az xəbər verir ki, bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.
"Beşiktaş"ın futbolçusu Semih Kılıçsoy zədəsinin tam sağalmaması səbəbindən heyətdən çıxarılıb.
Hücumçu müalicəsinə klubunda davam edəcək.
Türkiyə yığması sentyabrın 6-da Millətlər Liqasında Uelsin qonağı olacaq.