Bruno Fernandes Kristiano Ronaldonun ilham mənbəyi haqda söhbət açdı

Portuqaliya yığmasının yarımmüdafiəçisi Bruno Fernandes milli komandada oyun ortağı, ulduz hücumçu Kristiano Ronaldo haqda söhbət açıb.

Sports.az portuqal futbolçunun bu barədə fikrini təqdim edir:

“Ronaldo? O, həmişə oyuna təsir edir, oyunu başlanğıc heyətində başlayır və ya ehtiyat oyunçular skamyasından meydana çıxarır. Məşqçi oyuna hər kəsin böyük təsir göstərdiyini, amma qolu Kristianonun vurduğunu deyib. Üç gün əvvəl 900-cü qolunu vurdusa, bu oyunda 901-ci qolunu vurdu. O, 1000-ci qola qədər gedəcək, bu, onun planlarına daxildir”, deyə Fernandes Ronaldonun ilham mənbəyinə işarə vurub.

Xatırladaq ki, Ronaldo UEFA Millətlər Liqasının Xorvatiya və Şotlandiya yığmaları ilə oyunları çərçivəsində hər iki komandanın qapısına bir qol vuraraq, futbolçu karyerası ərzində müvafiq olaraq 900-cü və 901-ci qollarını rəsmiləşdirmişdi.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar