Türkiyədən inamlı qələbə, Qazaxıstan böyük hesabla uduzdu
UEFA Millətlər Liqasının 2-ci turunda daha 8 oyun baş tutub.
Sports.az xəbər verir ki, A, B və C liqalarında yer alan komandalar münasibətləri aydınlıq gətiriblər.
B Liqasında Türkiyə yığması doğma meydanda İslandiyanı minimal hesabla yenib. Maraqlı görüşlərdən biri də A Liqasının 2-ci qrupunda baş tutub: Fransa Belçika üzərində inamlı qələbə qazanıb. İtaliya yığması isə bu dəfə İsraili üstələyib. Qazaxıstan yığması səfərdə Sloveniyaya böyük hesabla uduzub.
UEFA Millətlər Liqası
2-ci tur
9 sentyabr
A Liqası, 2-ci qrup
Fransa – Belçika 2:0
Qollar: Kolo Muani, 29. Dembele, 57.
İsrail – İtaliya 1:2
Qollar: Abu Fani, 90 – Frattezi, 38. M.Kin, 62.
Xal: İtaliya - 6, Fransa - 3, Belçika - 3, İsrail - 0
B Liqası, 3-cü qrup
Norveç – Avstriya 2:1
Qollar: Myure, 9. Haland, 80 – Zabitser, 37.
Sloveniya – Qazaxıstan 3:0
Qollar: Şeşko, 23; 28; 63.
Xal: Sloveniya - 4, Norveç - 4, Avstriya - 1, Qazaxıstan - 1
B Liqası, 4-cü qrup
Türkiyə – İslandiya 3:1
Qollar: K.Aktürkoğlu, 2; 52; 88 – Palsson, 37.
Monteneqro – Uels 1:2
Qollar: Kamaj, 73 – Mur, 1. Uilson, 3.
Xal: Türkiyə - 4, Uels - 4, İslandiya - 3, Monteneqro - 0
C Liqası, 2-ci qrup
Kipr – Kosovo 0:4
Qollar: Muriqi, 9; 21. Rrahmani, 48. Dellova, 55.
Rumıniya – Litva 3:1
Qollar: Mihaila, 4. Marin, 87-pen. Mitrita, 90+2 – Kuçis, 34.
Xal: Rumıniya - 6, Kosova - 3, Kipr - 3, Litva - 0