Dünya futbolu
Arteta “Arsenal”la müqaviləsini yenilədi
13.09.2024 | 01:00
“Arsenal”ın baş məşqçisi Mikel Arteta “topçular”la müqaviləsinin müddətini 3 illik uzadıb.
Sports.az xatırladır ki, ispan mütəxəssisin əvvəlki müqaviləsi cari mövsümün sonunda bitməli idi, amma hər iki tərəf hər hansı qeyri-müəyyənliyi aradan qaldırmaq üçün addımlar atıb və yeni müqavilə imzalayıb.
Yeni müqavilə məşqçiyə 2027-ci ilə qədər “Arsenal”ı çalışdırmağa imkan verəcək.
Xatırladaq ki, Arteta 2019-cu ildən “topçular”ın sükanı arxasındadır.