Dünya futbolu
“Çelsi”nin futbolçusu vurduğu qolunu hava şarı ilə qeyd etdi
17.09.2024 | 00:45
“Çelsi”nin yarımmüdafiəçisi Kristofer Nkunku İngiltərə Premyer Liqasının 4-cü turunun “Bornmut”la oyununda (1:0) vurduğu qolunu qeyri-adi şəkildə qeyd edib.
Sports.az xəbər verir ki, Nkunku göy rəngli hava şarı şişirdib.
Oyunun 86-cı dəqiqəsində Kristofer Nkunku qolla fərqlənib. Ona “Mançester Yunayted”dən icarəyə götürülmüş, “Çelsi”də debütünü həmin oyunda rəsmiləşdirmiş ingilis cinah hücumçusu Ceydon Sanço məhsuldar ötürmə verib.