Dünya futbolu
“Salah Səudiyyə Ərəbistanı üçün həddən artıq yaxşıdır”
01.10.2024 | 20:00
“Liverpul”un keçmiş müdafiəçisi və hazırda futbol mütəxəssisi olaraq çalışan Ceymi Karraqer hesab edir ki, “qırmızılar”ın misirli ulduz hücumçusu Məhəmməd Salahın Səudiyyə Ərəbistanına keçməsi hələ tezdir.
Sports.az ingilis mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Mən onun Səudiyyə Ərəbistanını düşündüyünü düşünmürəm. “Mo” bunun üçün həddindən artıq yaxşıdır. O, dünyanın ən yaxşı liqasında, dünyanın ən böyük klublarından birində oynayır. Düşünürəm ki, “Mo” da Ronaldo kimi rekordlarla məşğuldur. Hamımız inanırıq ki, 35 yaşa qədər futbolçular artıq bitir. Amma bu oğlanın özünə qulluqetmə tərzinə görə düşünürəm ki, o, 40 yaşına qədər oynamağı planlaşdırır”.