Dünya futbolu
Haland dünyanın ən bahalı futbolçusu oldu
01.10.2024 | 22:15
İngiltərənin "Mançester Siti" klubunun və Norveç millisinin üzvü Erlinq Haland dünyanın ən bahalı futbolçusu olub.
Sports.az xəbər verir ki, məşhur "Transfermarkt" portalı bəzi oyunçuların qiymətini yeniləyib və 24 yaşlı hücumçunun dəyərini 180 milyon avrodan 200 milyona qaldırıb.
Daha əvvəl Haland "Real"ın (Madrid, İspaniya) futbolçuları Cud Bellinqem, Vinisius Junior və Kilian Mbappe ilə 1-ci pilləni bölüşdürürdü. Son üç futbolçunun transfer qiyməti dəyişməyib - 180 milyon avro.
Haland 200 milyon avro dəyərinə çatan ikinci oyunçu olub. 2018-ci ilidə Mbappe bunu bacarmışdı.