“Atletiko” Madrid derbisindəki qalmaqala görə yüngül cəza gözləyir

Madrid “Atletiko”su İspaniya La Liqasının 8-ci turunda “Real”la ev oyununda (1:1) “qaymaqlılar”ın belçikalı qapıçısı Tibo Kurtuaya tribunadan müxtəlif əşyalar atmış azarkeşlərinin davranışına görə, mümkün cəzanın yüngülləşdirilməsinə ümid edir.

Sports.az xəbər verir ki, “döşəkçilər” İspaniya Kral Futbol Federasiyasının (RFEF) nizam-intizam komitəsinə verdikləri izahatda Kurtuanın meydan sahiblərinin azarkeşlərini təxribata sürüklədiyini əsas gətiriblər.

Vurğulanır ki, belçikalı qapıçının təxribatçı davranışı ilə bağlı videoyazı mövcuddur.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar