ÇL: Liqa mərhələsinin 2-ci turuna 9 oyunla yekun vurulacaq
UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 2-ci turuna bu gün yekun vurulacaq.
Sports.az xəbər verir ki, ikinci oyun günündə daha 9 görüş baş tutacaq.
Almaniyanın "Bayern" klubu səfərdə İngiltərə təmsilçisi "Aston Villa" ilə qarşılaşacaq. "Liverpul" doğma meydanda "Bolonya"nı qəbul edəcəksə, "Yuventus" səfərdə "Leyptsiq"in qonağı olacaq.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi
2 oktyabr
20:45. "Şaxtyor" (Ukrayna) - "Atalanta" (İtaliya)
20:45. "Jirona" (İspaniya) - "Feyenoord" (Niderland)
23:00. "Liverpul" (İngiltərə) - "Bolonya" (İtaliya)
23:00. "Leypsiq" (Almaniya) - "Yuventus" (İtaliya)
23:00. "Benfika" (Portuqaliya) - "Atletik" (İspaniya)
23:00. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Monako" (Fransa)
23:00. "Lill" (Fransa) - "Real" (İspaniya)
23:00. "Aston Villa" (İngiltərə) - "Bayern" (Almaniya)
23:00. "Şturm" (Avstriya) - "Brügge" (Belçika)