Dünya futbolu
Amorimin “Mançester Yunayted”ə təyinatı bir neçə həftə gecikə bilər
30.10.2024 | 18:00
Hazırda “Mançester Yunayted” və Lissabon “Sportinq”i “şirlər”in portuqal baş məşqçisi Ruben Amorimin müqaviləsində nəzərdə tutulmuş xəbərdarlıq müddətini (şəxsin rəsmi olaraq istefasından əvvəl, işləməyə mükəlləf olduğu müddət) müzakirə edirlər.
Sports.az xəbər verir ki, müvafiq xəbərdarlıq müddəti bir neçə həftəni ehtiva edə bilər və bu səbəbdən Amorimin yaxın günlərdə “qırmızı şeytanlar”a baş məşqçi təyin edilməsi mümkün olmayacaq.
Bununla belə, klublar müqavilənin vaxtından əvvəl ləğvi barədə razılığa gələ bilərlər ki, bunun sayəsində Amorim “Sportinq”i dərhal tərk edə biləcək.