Ruben Amorim “Mançester Yunayted” rəhbərliyinə xahiş ünvanladı

Yaxın vaxtlarda “Mançester Yunayted”i çalışdıracağı gözlənilən portuqal mütəxəssis Ruben Amorim, “qırmızı şeytanlar”ın rəhbərliyindən keçmiş komandası Lissabon “Sportinq”inin üç futbolçusunu satın almağı xahiş edib.

Sports.az xəbər verir ki, 39 yaşlı mütəxəssis 23 yaşlı mərkəz müdafiəçisi Qonsalu İnasiu, 25 yaşlı cinah müdafiəçisi Markus Edvards və 26 yaşlı mərkəz hücumçusu Viktor Dyökereşi “qırmızı şeytanlar”ın heyətində görmək istəyir.

Vurğulayaq ki, hazırda “Mançester Yunayted” və “Sportinq” arasında portuqal mütəxəssisin təcili surətdə “qırmızı şeytanlar”ın düşərgəsinə keçidi ilə bağlı məsələ müzakirə edilir.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar