Dünya futbolu
Ten Haq MY-dən istefasını hələ yayda baxışdan keçiribmiş
30.10.2024 | 17:15
Oktyabrın 28-də tutduğu vəzifədən qovulmuş, “Mançester Yunayted”in keçmiş baş məşqçisi Erik ten Haq komandanı hələ ötən yay tərk etməyi düşünürmüş.
Sports.az xəbər verir ki, Ten Haqın öz layihəsi üzərində işləməyə davam etməsinə dair şübhələrinin əsası, onun işinin kəskin tənqidi və “Mançester Yunayted” rəhbərliyi ilə baş məşqçi vəzifəsinə digər mümkün namizədlər arasında danışıqların aparılması ilə bağlı şayiələr olub.
Vurğulanır ki, niderlandlı mütəxəssis klubda qalmaqla bağlı son qərarını yalnız İbitsadakı tətildən sonra qəbul edib.