Dünya futbolu
Ten Haq MY-dən qovulmasında bəzi futbolçuları təqsirləndirir
30.10.2024 | 19:00
Oktyabrın 28-də “Mançester Yunayted”in baş məşqçisi vəzifəsindən qovulmuş Erik ten Haq hesab edir ki, bəzi futbolçular klubda bir yerdə çalışdıqları müddətdə onu yarı yolda buraxıblar.
Sports.az xəbər verir ki, niderlandlı mütəxəssisin böyük ümidlər bəslədiyi, amma nəticədə pərişan olduğu futbolçular dəstəsində adlar da məlumdur.
“Torba tikənlər”ə ingilis sol cinah hücumçusu Markus Raşford, braziliyalı sağ cinah hücumçusu Antoni, həmçinin braziliyalı dayaq yarımmüdafiəçisi Kazemiro aid edilir.