“Mançester Yunayted”in Amorim müqabilində ödəyəcəyi məbləğ məlum oldu

“Mançester Yunayted” portuqal mütəxəssis “Sportinq”in Ruben Amorimlə müqaviləsini vaxtından əvvəl ləğv etməsi üçün Lissabon klubuna 15 milyon avro məbləğində təzminat haqqı ödəyəcək.

Sports.az xəbər verir ki, bütün tərəflər tam razılığa gəliblər.

39 yaşlı mütəxəssisin “Mançester Yunayted”lə müqaviləsi yaxın vaxtlarda imzalanmalıdır. Amorimin “Mançester Yunayted”lə müqaviləsinin müddəti 2027-ci ilə qədər davam edəcək və daha bir mövsümə uzadılması şərtini ehtiva edəcək.

Daha əvvəl isə mətbuatda, “qırmızı şeytanlar”ın “Sportinq”ə 11 milyon avro məbləğində təzminat haqqı ödəyəcəyi ilə bağlı məlumat yayılmışdı.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar