“Mançester Yunayted” yeni baş məşqçisini açıqladı

İngiltərənin "Mançester Yunayted" klubu yeni baş məşqçisini açıqlayıb.

Sports.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Komanda Ruben Amorimə tapşırılıb. Onun müqaviləsinin müddəti 2027-ci ilin yayınadək nəzərdə tutulub.

39 yaşlı portuqaliyalı mütəxəssis bu postda Erik ten Haqı əvəzləyib.

Amorim noyabrın 11-də işə başlayacaq. O, "qırmızı şeytanlar"a qoşulanadək kollektivə Rud van Nistelroy rəhbərlik edəcək.

Amorim son olaraq ölkəsində "Sportinq"də işləyib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar