Dünya futbolu
Mbappe daha Fransa yığması üçün oynamaq istəmir
11.11.2024 | 09:30
Fransa yığmasının və “Real”ın ulduz hücumçusu Kilian Mbappe “xoruzlar”ın baş məşqçisi Didye Deşamla mümkün mübahisəyə görə, daha milli komanda üçün oynamaq istəyini hiss etmir.
Sports.az xəbər verir ki, fransız mütəxəssisin, Mbappenin UEFA Millətlər Liqasının qarşıdakı oyunları üçün milliyə gəlmək istədiyini və baş məşqçinin hücumçunu çağırmamaq qərarına gəldiyini deməsinə rəğmən, əslində bundan imtina etmiş tərəf 25 yaşlı futbolçu olub.
Bu məlumat rəsmi təsdiqini taparsa, “xoruzlar”ın qapısı Mbappenin üzünə uzun müddət bağlı qala bilər.