Dünya futbolu
Uqo Lyoris DÇ-2022-nin finalındakı məğlubiyyəti xatırladı
11.11.2024 | 09:00
Fransa yığmasının keçmiş qapıçısı Uqo Lyoris Qətərdə keçirilmiş 2022-ci il dünya çempionatının finalında Argentina yığmasına qarşı oyunda “xoruzlar”ın məğlubiyyətindən sonra keçirdiyi duyğuları paylaşıb.
Sports.az xatırladır ki, oyun əsas və əlavə vaxtı 3:3 hesabı ilə başa çatmış, penaltilər silsiləsində isə Argentina yığması 4:2 hesablı qələbə qazanmışdı.
“Hal-hazırda deyə bilərəm ki, bu bir fəlakət idi. Məğlub olduq və 80 dəqiqə ərzində yararsız halda idik. Ağrı dözülməz idi”, deyə Lyoris xatırlayıb.