Mbappe ilə Deşam arasında münasibətlər gərgindir
Hazırda “Real”ın və Fransa yığmasının ulduz hücumçusu Kilian Mbappe ilə “xoruzlar”ın fransız baş məşqçisi Didye Deşam arasında münasibətlərin mürəkkəb olduğu vurğulanır.
Sports.az xəbər verir ki, məsələnin anlaşıqlı tərəfi mətbuat üçün heç nə olmamış kimi şərh edilsə də, bu məsələdə əslində pərdəarxası olaylar var.
Belə təxmin edilir ki, müvafiq gərginliyin məziyyəti Mbappenin bərbad idman formasında olması, Deşamın isə tələbkar mövqeyindən geri çəkilmədən, ulduz futbolçuya güzəşt etməməsidir.
Vurğulanır ki, Deşam ayrı-seçkilk salmır, Mbappe isə öz ulduz simasının qabardılmasına meyllidir ki, fransız mütəxəssis müvafiq yanaşmanın yığma komandanın düşərgəsində ab-havanı korlamasına heç bir vəchlə yol vermək niyyətində deyil. Bu səbəbdən də Mbappe “xoruzları”ın son çağırışında yer almayıb.