“Barselona” və “Mançester Yunayted” “Bayern”in transfer hədəfi ilə əlaqəyə çıxdılar

“Bayer”in almaniyalı mərkəz müdafiəçisi Conatan Ta gələn yay azad agent statusu qazanacaq, belə ki, müdafiəçi Leverkuzen klubu ilə müqaviləsini yeniləmək niyyətində deyil.

Sports.az xəbər verir ki, “Barselona” və “Mançester Yunayted” Ta ilə artıq əlaqə də saxlayıblar.

“Blauqrana” və “qırmızı şeytanlar” futbolçunun mümkün keçidini müzakirə ediblər.

Vurğulanır ki, 28 yaşlı müdafiəçiyə əsas iddiaçı “Bayern” hələ sükut içində qalsa da, Almaniya nəhəngi futbolçunun Münhen klubuna keçidi məqsədilə xüsusi plan üzərində çalışır.
 

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar