Dünya futbolu
Məmmədov Polşada həftənin rəmzi komandasına düşdü
11.11.2024 | 19:00
“Radomyak”da çıxış edən Azərbaycan millisinin futbolçusu Rahil Məmmədov Polşa çempionatında həftənin rəmzi komandasına düşüb.
Sports.az xəbər verir ki, bu barədə Ekstraklasanın rəsmi “Facebook” səhifəsi məlumat yayıb.
28 yaşlı müdafiəçi 15-ci turun “11-liy”inə seçilib. Məmmədovun komandası səfərdə “Poqon”u məğlub edib – 1:0. Azərbaycanlı oyunçu bu matçda sonadək meydanda olub.
“Radomyak” 15 qarşılaşmadan sonra 16 xalla 13-cü pillədə qərarlaşıb.