Türkiyə millisinin üzvü zədə səbəbindən heyətdən çıxarıldı

Türkiyə millisinin futbolçusu Çağlar Söyüncü zədə səbəbindən yığmanın heyətindən çıxarılıb.

Sports.az xəbər verir ki, bu barədə qardaş ölkənin futbol federasiyasının mətbuat xidməti məlumat yayıb.

28 yaşlı müdafiəçi "Fənərbaxça"nın heyətində Türkiyə Super Liqasının 12-ci turunda qarşılaşdıqları "Sivasspor"la matçda zədələnib.

“Ay-ulduzlular" UEFA Millətlər Liqasında noyabrın 16-da Uels, 3 gün sonra isə Monteneqro iilə qarşılaşacaqlar.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar