Dünya futbolu
PSJ-nin futbolçusu Fransa millisinin heyətindən çıxarıldı
12.11.2024 | 00:30
PSJ klubunun futbolçusu Usman Dembele zədələndiyi üçün Fransa millisinin heyətindən çıxarılıb.
Sports.az xəbər verir ki, 27 yaşlı hücumçu Millətlər Liqasında yığmasının İsrail və İtaliyaya qarşı keçirəcəyi matçlarda iştirak edə bilməyəcək.
Onun əvəzinə milli komandaya Almaniya təmsilçisi "Bavariya"nın forvardı Kinqsli Koman cəlb olunub.
Fransa noyabrın 14-də evdə İsraillə, 3 gün sonra isə səfərdə İtaliya ilə qarşılaşacaq.