Dünya futbolu
“Qalatasaray”ın sabiq hücumçusu karyerasını başa vurdu
12.11.2024 | 09:30
Lion “Olimpik”inin və "Qalatasaray"ın sabiq futbolçusu Bafetimbi Qomis karyerasını bitirib.
Sports.az xəbər verir ki, 39 yaşlı hücumçu bu barədə sosial şəbəkə hesablarında paylaşım edib.
Qomis karyerası ərzində Marsel “Olimpik"i və "Suonsi Siti"də də oynayıb. Onun sonuncu iş yeri bu il yollarını ayırdığı Yaponiyanın “Kavasaki” klubu olub.
Qomis Fransa millisində 12 oyunda 3 qola imza atıb.