Dünya futbolu
Laporta niyə qəzəbə düçar olubmuş?
13.11.2024 | 13:00
“Barselona”nın prezidenti Joan Laporta İspaniya La Liqasının 13-cü turu çərçivəsində oyunda, “blauqrana”nın polyak mərkəz hücumçusu Robert Levandovskinin “Real Sosyedad”a vurduğu qolun ləğv edilməsinə əsəbiləşib.
Sports.az xəbər verir ki, ispan məmur ətrafındakı hər kəsə qəzəblə nida edib:
“Bu, ola bilməz”, deyə Laporta fasilə zamanı hayqırıb.
Xatırladaq ki, Levandovskinin 13-cü dəqiqədə vurduğu qol VAR müdaxiləsi ilə oyundankənar vəziyyət olaraq, hesaba alınmayıb. “Barselona” isə bu oyunda 0:1 hesabı ilə məğlub olub.