“Barselona”nın yeni hücumçuya ehtiyacı yoxdur”

“Barselona”nın idman direktoru Deku “blauqrana”nın “Mançester Siti”nin norveçli hücumçusu Erlinq Haland və Lissabon “Sportinq”inin isveçli hücumçusu Viktor Dyökereşlə maraqlanması ilə bağlı xəbərləri cavablayıb.

Sports.az Dekunun bu barədə cavabını təqdim edir:

“Əvvəlcə, Halandın gələcəkdə istədiyimiz oyunçu olub-olmadığını başa düşməliyik. Dyökereşin transferi də bizim üçün üstün hədəf deyil. Bizim, hazırda yeni hücumçuya ehtiyacımız yoxdur, çünki bizdə Robert Levandovski var”.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar