“Barselona” Olmon qeydiyyata sala biləcəyinə əmindir

“Barselona”ya cari mövsümün ikinci yarısı üçün ispan yarımmüdafiəçi Daniel Olmonu qeydiyyata salmağa təxminən 50 milyon avro məbləğində pul vəsaiti gərəkdir.

Sports.az xəbər verir ki, “Barselona” Olmonu, eləcə də ispan hücumçu Pau Viktoru qeydiyyatdan keçirmək üçün ya klub büdcəsində bu məbləğə müvafiq yer açmalı, ya da bu vəsaiti əldə edib qeydiyyatı tamamlamalıdır.

Vurğulanır ki, hazırda Kataloniya klubunun maliyyə imkanı dardır, amma “blauqrana” müəyyən edilmiş məbləği tapa biləcəyinə əmindir.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar