Xabi Alonso “Bayer”dən ayrılmaq fikrinə düşdü
“Bayer”in ispan baş məşqçisi Xabi Alonso “əczaçılar”la 2026-cı ilin yayına qədər müqaviləsi olmasına rəğmən, cari mövsümün sonunda Leverkuzen klubundan ayrılmaq qərarına gəlib.
Sports.az xəbər verir ki, ispaniyalı mütəxəssisin “Bayer”dən ayrılmaq niyyətində olmasının əsas səbəbi, onun daha iddialı idman layihəsini idarə etmək və mütəmadi olaraq avrokuboklarda iştirak etmək istəməsidir.
Alonsonun hazırda karyerasını davam etdirmək üçün iki seçimi nəzərdən keçirdiyi vurğulanır.
İspan mütəxəssisin üstün hədəfi “Real”dır, belə ki, Madrid klubunun prezidenti Florentino Peres 42 yaşlı mütəxəssisi dəvət etməkdə son dərəcə maraqlıdır. Bununla belə, Alonso onunla ciddi maraqlanan Almaniya nəhəngi “Bayern”in düşərgəsinə keçmək seçimini də istisna etmir.