Dünya futbolu
“Mən “Çelsi”yə keçməyə yaxın idim” - Qordon
17.11.2024 | 11:20
“Nyukasl”ın yarımmüdafiəçisi Entoni Qordon 2022-ci ilin yayında “Everton”dan “Çelsi”yə keçməyə yaxın olduğunu və həqiqətən də alman mütəxəssis Tomas Tuxelin rəhbərliyi altında oynamaq istədiyini bildirib.
Sports.az ingilis futbolçunun bu barədə fikrini təqdim edir:
“Düzünü desəm, “Çelsi”yə keçməyə olduqca yaxın idim. O vaxt mən Tuxellə işləməyi çox istəyirdim. Hiss edirdim ki, mənim oyun tərzim onun oyun tərzinə uyğun olacaq”.