Aspilikueta “Atletiko”nu tərk edə bilər

Madrid “Atletiko”sunun 35 yaşlı ispan müdafiəçisi Sesar Aspilikueta “döşəkçilər”in düşərgəsini gələn yay tərk edə bilər.

Sports.az xəbər verir ki, Madrid klubu müqaviləsinin müddəti 2025-ci ilin yayında başa çatacaq ispan müdafiəçini heyətində saxlamaq istəmir.

Vurğulanır ki, bu, “Atletiko”nun komanda ilə bağlı strateji siyasətinə dayanır. Belə ki, “döşəkçilər” yaşlı oyunçularla yollarını ayırmağı, bu yolla heyəti gəncləşdirməyi və ən əsası, klubun maaş cədvəlini boşaltmağı hədəfləyirlər.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar