“Barselona”nın De Yonqun klubdakı gələcəyi ilə bağlı mövqeyi məlum oldu

“Barselona”nın hücumameyilli yarımmüdafiəçisi Frenkie de Yonq “blauqrana” ilə müqaviləsinin müddətini uzadılması ilə bağlı Kataloniya klubunun təklifini hələ də cavablamayıb.

Sports.az xəbər verir ki, bu məqam “Barselona”nın 27 yaşlı niderlandlı futbolçunu “tezliklə” satış piştaxtasına çıxarılacağı mövqeyini tutmasına gətirib çıxarıb.

Vurğulanır ki, De Yonq “Barselona”nın yeni müqavilə təklifini cavablamasa da, “blauqrana”nın düşərgəsini tərk etmək istəyi barədə də heç kimə məlumat verməyib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar