Donnarumma PSJ-dəki vəziyyətindən narazıdır

PSJ-nin italyan qapıçısı Canluici Donnarumma Paris komandasının heyətindəki mövqeyindən narazıdır.

Sports.az xəbər verir ki, Donnarumma komandanın ispan baş məşqçisi Luis Enrikenin, Çempionlar Liqasında “Bayern”lə oyunda onu ehtiyat oyunçular skamyasında saxlamaq qərarından son dərəcə narazı qalıb.

25 yaşlı qapıçı komandadakı mövqeyindən narahatdır və eyni zamanda vurğulanır ki, Luis Enrike italyan qapıçının bacarıqlarına arxayın deyil, ona görə də onu əsas heyətdə adi oyunçu kimi görmür.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar